“Mançester Yunayted”in hücumçusu Markus Reşford bu yay transfer pəncərəsində “Tottenhem” klubuna keçməkdən imtina edib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisinin ciddi marağına baxmayaraq, ingilis forvard Şimali Londona köçməkdə maraqlı deyil. Karyerasında yeni səhifə açmaq istəyən Reşford daha çox xarici klublardan gələcək təklifləri dəyərləndirməyə üstünlük verir.
“Mançester Yunayted” rəhbərliyinin isə 28 yaşlı hücumçunun satışı üçün təxminən 40 milyon funt-sterlinq tələb etdiyi bildirilir.


