"Real Madrid" Eduardo Kamavinqanı satmağa hazırdır.

Offsideplus.az "As" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi Mourinyoya mərkəz müdafiəçisi və yarımmüdafiəçi transferi ilə bağlı istəyini yerinə yetirmək üçün böyük bir satış reallaşdırmalı olduqlarını artıq başa salıb.

Hər şey onu göstərir ki, "Real Madrid"dən ayrılmağa ən əsas namizəd Kamavinqadır. Fransalı yarımmüdafiəçi ilə "İnter" maraqlanır, "PSJ" isə onu hələ "Renn"də çıxış etdiyi vaxtlardan diqqətdə saxlayır.

"Real Madrid" bu satışdan ən azı 60 milyon avro qazanmağı hədəfləyir, lakin oyunçunun klubdakı gələcəyi Mourinyodan asılı olacaq.