“Qarabağ” klubunun sabiq futbolçusu Leandro Andrade Ağdam təmsilçisi ilə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Qarabağ”da keçirdiyi 4 il yarımı “unudulmaz” adlandırıb və klubdakı hər kəsə təşəkkürünü bildirib:

“Mənə bu fürsəti verdikləri üçün məşqçilərə, ilk gündən etibarən özümü evimdə hiss etdirdikləri üçün heyətə və komanda yoldaşlarıma təşəkkür edirəm. Ömürlük dostluqlar qazandım. Azarkeşlərə də xüsusi təşəkkür edirəm — davamlı dəstəyinizə və göndərdiyiniz çoxsaylı müsbət mesajlara görə. Siz həmişə məni özünüzdən biri kimi hiss etdirdiniz! Böyük minnətdarlıq və dolu bir ürəklə ayrılıram. Kluba və burada əməyi olan hər kəsə həyatda uğurlar arzulayıram. Şübhəsiz ki, buna layiqsiniz. Təşəkkürlər Bakı! Təşəkkürlər ailəm!”, - deyə futbolçu paylaşımında qeyd edib.

Qeyd edək ki, Leandro Andrade karyerasını Ukraynanın "Polesye" klubunda davam etdirəcək.