Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Sportinq" növbəti qələbəsini qazanıb.

 Offsideplus.az xəbər verir ki, sentyabrın 20-də "Qarabağ"ı qəbul edəcək Portuqaliyanın "Sportinq" klubu Liqa kubokunda ilk oynuna çıxıb. D qrupunda qərarlaşan komanda Juze Alvalade  stadionunda "Maritimu"nu qəbul edib. Oyun meydan sahiblərinin 3-1 hesablı qələbəsi  ilə başa çatıb.Meydan sahiblərinin qollarını Rafinya və Bruno Fernandes vurublar. Qonaqların yeganə qoluna isə Jorge Korreya imza atıb.