15 yaşında debüt etmiş ən gənc futbolçu Budaq Nəsirovdur — 15 yaş, 128 günündə 2011/12 mövsümdə "Turan"da ilk oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində aparıcı Ceyhun Rzayev bir zamanların talantı hesab edilən futbolçu barədə danışıb:

"Budaq Nəsirovun debüt oyununda stadionda olmuşam, Bakının təlim-məşq bazasında "Turan"ın oyununda meydana çıxmışdı. Onun karyerasının ən yaxşı mövsümü "Kəpəz"də olub. Sonra "Sportinq"in B komandasına getdi və 60 milyon avro sərbəstqalma məbləği təyin olundu. Mənə elə gəlir ki, bu rəqəmi orda yazan portuqal 0-ın birini artıq edib. Bəlkə də elə bir perspektiv görüblər ki, biz görməmişik. Mən inanmazdım ki, Budaq Nəsirov bu gün 27-28 yaşında futbolsuz qalıb, kimsəyə lazım deyil".