Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı təşkil olunacaq.
Turnirə hazırlıqların necə getdiyini öyrənmək üçün federasiya ilə əlaqə saxladıq.
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musa Offsideplus.az-a bunları söyləyib:
“Hazırlıqlar plana uyğun gedib. Milli komandalar müxtəlif məkanlarda hazırlıq keçiblər. Hər üç komandamız (yunan-Roma, sərbəst və qadınlar) reytinq turnirində çıxış edib”.
O, yalnız bir güləşçimizin turnirdə iştirak edə bilməyəcəyini deyib:
"Zədəli idmançımız yalnız Ülvi Qənizadədir. Fevral ayında əməliyyat olduğu üçün Avropa çempionatında iştirak edə bilməyəcək.
Ondan başqa çempionata əsas heyətimizlə yollanacağıq”.
Qeyd edək ki, Avropa çempionatı aprelin 20-dən 26-na kimi keçiriləcək.


