"Sumqayıt"ın futbolçusu Nsana Simonun son durumu açıqlanıb.

Bu barədə Offsideplus.az saytına klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib. O bildirib ki, futbolçunun durumu qənaətbəxşdir:

“Simonun vəziyyəti gözlənildiyi kimi ağır deyil. Bu gün tədbir məqsədilə məşqdə iştirak etməyəcək, sabahdan normal məşq edəcək”.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz"a qarşı keçirilən matçın 32-ci dəqiqəsində zədələnərək məcburi əvəzlənib.