Qadın futbolçulardan ibarət Azərbaycanın U-19 yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxır.
Offsideplus.az xəbər verir ki, Həbib Ağayevin yetirmələri qrupdakı ikinci oyununda Çexiya seçməsi ilə qarşılaşacaq. Xorvatiyanın Luçko şəhərində keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da səslənəcək.
Qeyd edək ki, seçmə mərhələyə uğursuz start verən yığmamız ilk turda meydan sahibi Xorvatiyaya böyükhesabla (0:6) məğlub olub.
Komandamız qrupdakı son oyununu aprelin 17-də Gürcüstan kollektivinə qarşı keçirəcək.


