"Real Madrid"in hücumçusu Kilian Mbappe bu klubda oynamaq fürsətini "ilahi bir hədiyyə" kimi dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, fransalı futbolçu burada oynamaqdan zövq aldığını bildirib:

"Mənim üçün bu, sanki Tanrının bir lütfüdür. Öz ehtirasınla yaşamaq, ən yaxşı oyunlarda iştirak etmək və dünyanın ən yaxşı klubunda çıxış etmək böyük şansdır. Hər səhər oyanıb məni xoşbəxt edən işlə məşğul olduğum və meydanda olduğum üçün hər zaman şükür edirəm. Dünyanın ən yaxşı stadionunda, planetin ən yaxşı futbol ölkələrindən birində oynamaq mənə zövq verir".