Dieqo Simeone "Barselona" ilə oyundan əvvəl rəqibə meydan oxuyub.

Offsideplus.az xəbər verir ki, Madrid "Atletiko"sunun baş məşqçisi həm kataloniyalıların gənc ulduzu Lamin Yamal həm də həmkarı Hansi Flik barədə kəskin fikirlər səsləndirib.

​Gənc istedad Lamin Yamalın oyununa toxunan Simeone, onu dayandırmaq üçün müdafiəni daha da gücləndirəcəyini bildirib:

"Yamal onu 3 nəfərlə müdafiə etməyi dayandırmağım üçün mənə meydan oxudu, lakin mən eyni şeyi edəcəyəm. Hətta bu dəfə onu 4 nəfərlə müdafiə edəcəyəm."

​Təcrübəli mütəxəssis "Barselona"nın baş məşqçisi Hansi Flikin meydançanın vəziyyəti ilə bağlı narazılıqlarına da biganə qalmayıb. Simeone futbolun çətinliklərə baxmayaraq oynanılması gərəkdiyini vurğulayıb:

​"Flikin meydança örtüyü ilə bağlı şikayətləri... Həqiqi bir kişi otun uzunluğuna əhəmiyyət vermədən öz oyununu oynayar."

​Bu açıqlamalar "Atletiko" və "Barselona" arasındakı qarşıdurmadan əvvəl gərginliyi pik həddə çatdırıb.

Futbol ictimaiyyəti indi Simeonenin bu "müdafiə planının" meydanda necə nəticə verəcəyini maraqla gözləyir.