Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsi üzrə bu gün cavab oyunları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, ilk qarşılaşma Gəncə İdman Sarayında yerli komanda və "Ordu" arasında baş tutacaq. İlk görüş Polad Həsənovun komandasının qələbəsi ilə yekunlaşıb.
Günün ikinci matçı isə NTD və "Neftçi" arasında saat 19:00-da Bakı İdman Sarayında keçiriləcək.
16 aprel
14:00 "Gəncə" - "Ordu"
Seriyada hesab: 0:1
19:00 NTD - "Neftçi"
Seriyada hesab: 1:0


