ABL-nin 1/4 final mərhələsi üzrə keçirilən ilkin oyunlar azərbaycanlı baş məşqçilərin qazandığı qələbələr ilə yadda qaldı. 

Offsideplus.az xəbər verir ki, bu mərhələdə yalnız 2 yerli mütəxəssis baş məşqçi sükanı arxasındadır. Bunlar NTD-nin baş məşqçisi Tahir Baxşıyev və "Ordu" basketbol klubunu çalışdıran Polad Həsənovdur. 

NTD və "Ordu" müvafiq olaraq "Neftçi" və "Gəncə"ni məğlub edərək cavab oyununa üstünlükdə yollandılar. 

Qeyd edək ki, bu komandalar arasında ikinci oyun 16 aprel tarixində baş tutacaq. 

View this post on Instagram

A post shared by azbasketbol (@azbasketbol)