"Beşiktaş"ın futbolçusu Kartal Kayra Yılmaz əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi sağ ayaq biləyindən cərrahi müdaxiləyə ehtiyac duyub.
Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi olan Kartal Kayra Yılmaz 2019-cu ildən əsas komandada forma geyinir.


