Bu gecə futbol dünyasının nəzərləri Münhendə, "Alyans Arena"da olacaq.
Offsideplus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real Madrid" səfərdə "Bayern Münhen" klubunun qonağıdır.
İlk oyunda Madriddə 1:2 hesablı məğlubiyyət alan "Kral Klubu" bu gecə möcüzəvi bir geri dönüş (remontada) etməyə çalışacaq. Klubun əfsanəsi Kriştiano Ronaldo da bu kritik oyun öncəsi keçmiş komandasını tək qoymayıb.
Ronaldo "Real Madrid"ə səsləndi: "İnşallah, yeni bir 'Remontada'!"
Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış etməsinə baxmayaraq, Madrid ruhunu hər zaman qəlbində daşıyan Ronaldo, bu gecəki böyük oyun barədə danışıb. O, azarkeşlər arasında məşhurlaşan o sözləri bir daha təkrarlayaraq komandasına dəstək nümayiş etdirib.
"Real Madrid"in ruhu geri dönüşlərdədir"


