Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Fedrasiyasından məlumat verilib.
Aprelin 18-də kişilərin yarışında üçüncü yer uğrunda "Neftçi" və "Murov Az Terminal" klubları, finalda isə "Xilasedici" və "Ordu" komandaları üz-üzə gələcəklər. Qarşılaşmalar müvafiq olaraq saat 13:00 və 16:00-da start götürəcək.
Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə "Gəncə", finalda isə "Turan" və "DH Volley" komandaları qarşılaşacaqlar. Görüşlər saat 13:00 və 16:00-da olacaq. Bütün matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.


