Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçularının iştirakı ilə bu gün Azərbaycan İdman Akademiyasında imza günü təşkil olunub.
Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə milli komandanın üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.
Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.


