"Real Madrid" rəhbərliyinin böyük ümidlərlə gətirdiyi Xabi Alonsonun gedişi də komandadakı problemləri həll etməyib.
Offsideplus.az xəbər verir ki, əksinə, Karlo Ançelottinin keçmiş texniki heyətindən klubda qalan bəzi mütəxəssislər vəziyyətin kritik olduğunu bildiriblər. Onların fikrincə, klub hazırda tam mənası ilə "çıxılmaz bir yola" girib.
Hələ Karlo Ançelottinin dövründə texniki heyət rəhbərliyə xüsusi bir hesabat təqdim etmişdi. Həmin heyətdən qalan məşqçilər indi yenidən eyni məsələni gündəmə gətirirlər.
Ançelotti və komandası israrla təklif etmişdi ki, klub mütləq peşəkar bir sportiv direktorla anlaşmalı və yeni idarəçilik strukturuna keçməlidir.
Onlar iddia edirlər ki, transferlərin və futbol idarəçiliyinin yalnız prezident səviyyəsində deyil, bir idman strategiyası daxilində idarə olunması şərtdir.
Məşqçi heyətinə görə, müasir futbolda yalnız ulduz futbolçuları yığmaq uğur üçün kifayət etmir. İdman direktorunun yoxluğu səbəbindən:
- Gənc istedadların inkişafı və əsas heyətə inteqrasiyası plansız şəkildə aparılır.
- Soyunma otağındakı nizam-intizam və idman hədəfləri arasında koordinasiya qırılıb.
Florentino Peresin illərdir tətbiq etdiyi "tək adam" idarəçilik sistemi ilk dəfə bu qədər ciddi şəkildə daxildən tənqid olunur.
Əgər rəhbərlik peşəkar bir idman menecmenti qurmasa, Xabi Alonsodan sonra gələcək yeni baş məşqçinin də eyni problemlərlə üzləşəcəyi proqnozlaşdırılır.


