"NTD" komandasının baş məşqçisi Tahir Baxşıyev "Neftçi" İK-ya məğlub olduqları oyundan (99:119) sonra qarşılaşmanı şərh edib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi rəqibin yüksək dəqiqlik faizini məğlubiyyətin əsas səbəbi kimi göstərib:
"Oyuna yaxşı başladıq və meydanda bərabər mübarizə gedirdi. Hətta elə məqamlar oldu ki, üstünlüyü tamamilə öz tərəfimizə keçirə bilərdik. Lakin etiraf etmək lazımdır ki, 'Neftçi' çox güclü komandadır. Bu gün onların üçxallıq atışları xüsusilə dəqiq alındı – faiz göstəricisi təxminən 50% idi. Bu cür statistika ilə oynayan rəqibə qalib gəlmək həddindən artıq çətindir."
Tahir Baxşıyev rəqibi təbrik edərək diqqəti həlledici qarşılaşmaya yönəldib:
"Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm.
Artıq qarşıda bizi üçüncü oyun gözləyir. Bu qarşılaşmaya ciddi hazırlaşacağıq.
Meydanda qələbəni daha çox istəyən və əzm nümayiş etdirən tərəf yarımfinala vəsiqə qazanacaq."


