Azərbaycan yığmasının sabiq futbolçusu Ceyhun Sultanov Qarabağ və Sabahın çempionluq şansları ilə bağlı fikirlərini Offsideplus.az saytı ilə bölüşüb:
"Fikrimcə, "Sabah"la "Qarabağ" arasında xal fərqi elə də böyük deyil. Bu gün "Sabah" 9-12 xal öndə olsa idi, rahat ola bilərdi. 3-4 xal fərqi elə də böyük deyil. Düşünürəm ki, rəqabət mövsümün sonuna qədər davam edəcək və hansı komanda xal itirməyəcəksə, o da çempion olacaq. Çox maraqlı çempionat gedir və düşünürəm ki, hər iki komanda çempion olmağa layiq oyun göstərir və sonda kim az səhv edəcəksə qalib də o olacaq".
O, tərəflərin növbəti ay baş tutacaq 3 oyunu barədə isə bunları söyləyib:
"Düzdür, 3 oyun dalbadal oynamaq çox çətindir.
Psixoloji olaraq eyni komanda və futbolçulara qarşı meydanda olmaq diskomfort yarada bilər. amma dediyim kimi hansı komanda psixoloji olaraq hazır olacaqsa, kim düzgün oynayacaqsa, kim səhv etməyəcəksə, o da çempion olacaq.
Mənə görə hər iki komanda çempion olmağa layiqdir. Baxmayaraq ki, "Sabah" 4 xal öndədir amma bunu saxlamaq çox çətin olacaq".


