Bir dönəm “Bakı” klubunda çıxış edən Alberto Noquera maraqlı açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu maaşlarını tələb edən zaman klub rəsmisinin onları silahla təhdid etdiyini söyləyib.
O, paytaxt təmsilçisindəki günlərini belə xatırlayıb:
Azərbaycanda hər şey problem idi. Sənə çoxlu pul vəd edirlər, amma sonda ödənişləri etmirdilər. Hər gün mübahisə və dava içində olursan. Bir gün prezident gələndə hamımız yığışıb ondan pullarımızı istədik. O isə tapançasını masanın üzərinə qoydu.. Ondan sonra gəl görüm, kim pul istəyə bilər!
Bizə hər şeyi vəd etmişdilər, amma heç kim sözünə əməl etmədi. Bir nöqtədə başa düşdük ki, burada heç nə edə bilməyəcəyik və getmək lazımdır. Hər il deyirdilər ki, "gələn il daha yaxşı olacaq, yeni investorlar gələcək", amma hamısı yalan idi. Sonda isə klub tamamilə yoxa çıxdı.
Qeyd edək ki, Noquera 2013/14 mövsümündə “Bakı” klubunda çıxış edib.


