“Bu məğlubiyyət komandaya əlavə motivasiya verməlidir".

Offsideplus.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah"la oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:

"Qələbə münasibəti ilə “Sabah”ı təbrik edirəm. Belə bir nəticənin olacağını təxmin edirdim. Son vaxtlar komandamız çox güc sərf edir.  Zədəli futbolçularımız da var. Təbii ki, bütün bunlar məğlubiyyətə səbəb olmamalıdır. Fikrimcə, bu oyunda qazandığımız təcrübə bizə gərəkli olacaq.
Birinci yerə daim  eyni komanda sahib olmur. Bu gün qarşımızda böyük işlər görmüş bir klub var. Biz daha ciddi və diqqətli olmalıyıq. 

Qurbanov "Sabah"ın Avropada da uğurlu ola biləcəyini qeyd edib:

"Sabah" əgər çempionluğa oynayırsa, Avropada niyə də nəticə verməsinlər? Belə bir hal baş versə, hamımız sevinərik. Onların Avropa təcrübəsi olan baş məşqçisi də var. Addım-addım yaxşı işlər görürlər".

 

Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu “bayquşlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.