"Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda "Neftçi" ilə bərabərə qalıb - 0:0.

Offsideplus.az xəbər verir ki, oyundan sonra bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyev oyunla bağlı fikirlərini bildirib:

"Təxmin etdiyimiz kimi ağır oyun oldu. Belə oyunlarda oyun qola qədər olur. Təəssüf ki, həlledici qolu vura bilmədik. Düşünürəm ki, 2 xal itirdik. Amma "Neftçi"nin də haqqını vermək lazımdır".

Təcrübəli mütəxəssis son 3 oyunda cəmi 1 qol vurmaqlarına belə münasibət bildirib:

"Əgər qol vurmadıqsa, yəqinki elədir. Hər üç rəqibimiz güclü idi. Biz daha yaxşı oynaya bilərdik".