Misli Premyer Liqasında XIII tura "Kəpəz" - "Zirə" oyunu ilə start verilib.
Offsideplus.az xəbər verir ki, görüş Yevlax şəhər stadionunda baş tutub.
Matçıb ilk hissəsində qol vurulmayıb.
"Qartallar" fasilədən sonra iki cavabsız qol vurmağı bacarıb.
Leroy Mikels və İssa Cibrilla fərqlənib.
"Zirə" xalını 26-ya yüksəldib. "Kəpəz" isə 6 xalla 10-cudur.
Misli Premyer Liqası, XIII tur
28 noyabr (cümə)
14:00 “Kəpəz” – “Zirə” 0:2
Qollar: Leroy Mikels, 62, İssa Cibrilla, 84.
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 5. Rauf Hüseynli 88. Şakir Seyidov 17. Ümid Səmədov 53. Şahmar Aşurov 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Baş məşqçi: Azər Bağırov
"Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 26. Stefan Aka 4. Ruan Renato (k) 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 11. Junior Martins 17. Ayron Qomis
Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu



