"Turan Tovuz" Azərbaycan çempionatlarında 150-ci qolunu vurub.

Offsideplus.az xəbər verir ki, yubiley qolunun müəllifi "Araz-Naxçıvan"la matçda fərqlənən Ayxan Hüseynov olub.

Tovuz təmsilçisi 150-ci qolu 120-ci matçda vurub. Qərb klubu evdə 83, səfərdə 67 dəfə fərqlənib.

Qeyd edək ki, Misli Premyer Liqasında debütü 2022/2023 mövsümünə təsadüf edən "Turan Tovuz"un ilk qolunu 2022-ci il avqustun 13-də, "Səbail"lə səfər qarşılaşmasında (1:0) Natan Oduva vurub.