Misli Premyer Liqasının X turunda keçirilən "Turan Tovuz" - "Şamaxı" oyununda cari mövsümün rekordu qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanı 5800 tamaşaçı izləyib. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.

Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.

Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.