Misli Premyer Liqasının VIII turunda "Zirə" "Sabah"a 0:3 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra məğlubiyyəti şərh edib: 

"Ümumilikdə oyunu dəyərləndirmək çətindir. Məğlub olmuşuq. Çoxdandır belə məğlubihyyət yaşamamışdıq, son dəfə "Qarabağ"a belə uduzmuşduq. İstəməzdim belə məğlub olaq. Bizə yaraşan şəkildə məğlubiyyət deyildi. Birinci hissənin sonu qırılma nöqtəsi oldu. Qollar buraxdıq. İkinci hissədə daha yaxşı oyun keçirdik. Qələbə qazananda tez unutduğumuz kimi indi də eyni rekasiyanı verib,  növbəti oyuna hazırlaşmalıyıq". 

R.Sadıqov növbəti oyunlarda qapıçı Aydın Bayramova şans verib-verməyəcəyi barədə açıqlama verib:

"Belə planımız var, son qərarı oyunlardan öncə, məşqdə verəcəyik".