"Zirə" Misli Premyer Liqasının VII turunda  "Neftçi" ilə bərabərə qalıb - 2:2.

Offsideplus.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov görüşlə bağlı mətbuat konfrasında bunları deyib:

"Futbolçularıma təşəkkür edirəm. Nəticədən asılı olmayaraq komandamdan keyfiyyətli bir oyun gördüm. Dramatik oyun alındı. Ötən ilki matça bənzədi. Son dəqiqələr xüsusilə dramatik oldu. Bzi qol vurmalı idik, onlar qol vurdu. Hələ o epizoda baxa bilməmişəm".

R. Sadıqov zədəli futbolçuların durumundan da söz açıb:

"İssa Cibrilla və Davit Volkov 5-6 həftə meydanlardan uzaq qalacaq. Zədəlilərimiz çoxdur. Hücum xəttində oynatmağa futbolçumuz qalmayıb. Boqomolskini çıxaranda hücumçu salmaq istədim, amma heç kin yox idi".