"Qəbələ"nin futbolçusu Qədir Ramazanov "Qarabağ" keçirilən matçda Misli Premyer Liqasında debüt edib.

Offsideplus.az xəbər verir ki, o, 18 yaşında Premyer Liqada ilk oyununa çıxıb.

Bununla da, bu mövsüm "Qəbələ"nin heyətində  "Qəbələ"nin heyətində elitada debüt edən futbolçuların sayı 5-ə çatıb. Q. Ramazanova qədər Fərid İsgəndərov, Nuğay Rəşidov, Süleyman Damadayev və Ziya Şəkərxanov da Premyer Liqada ilk oyunlarını keçiriblər.