"Kəpəz" klubunda İdarə Heyətinin iclası baş tutub.
Offsideplus.az xəbər verir ki, iclasda komandanın baş məşqçisi Adil Şükürov da iştirak edib. Görüşdə komandanın ilk turlarda aldığı nəticələr müzakirə olunub.
Klub rəhbərliy qeydə alınan məğlubiyyətlərdən narahatlığını ifadə edib və qarşıdakı üç turda ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf qoyulub.
Bundan əlavə, Erkin İbrahimovun istəyi bu dəfə yerinə yetirilib və o, İdarə Heyətinin üzvlüyündən ayrılıb.
O, şəxsi işləri ilə əlaqədar klubun işlərinə tam köklənə bilmədiyini bildirib.
Bölgə klubu digər struktur dəyişiklikləri barədə yaxın günlərdə məlumat veriləcəyini də açıqlayıb.



