Bu gün Misli Premyer Liqasında 3-cü tura start verilib..
Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" "Şamaxı" ilə heç-heçə oynayıb - 1.1.
İkinci matçında isə "Neftçi" "Turan Tovuz"la üz-üzə gəlib. "Ağ-qaralar" yenə qələbə üzünə həsrət qalıb.
Tovuz təmsilçisi görüşün əvvəllərində vurduğu qolla rəqibini məğlub etməyi bacarıb.
Misli Premyer Liqası, III tur
29 avqust
20:30 “Neftçi” – “Turan Tovuz” 0:1
Qol: Roberto Olabe, 6
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Neftçi Arena”



