Misli Premyer Liqasının II turu üzrə "Sumqayıt"a qarşı oyunda AFFA rəsmiləri "Qarabağ"ın qonağı olub.
Offsideplus.az xəbər verir ki, assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, müavinləri Kamran Vəliyev və Elçin Məmmədov Ağdam təmsilçisinin bazasını ziyarət ediblər. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qarabağ"ın baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvləri Asif Əsgərov və Rafiq Şahverdiyev qonaqlarla görüşüblər. Emrah Çelikel qonaqlara xatirə hədiyyəsi olaraq komandanın formalarını təqdim edib.



