"Şamaxı" klubu növbəti transferini həyata keçirib.
Offsideplus.az xəbər verir ki, onlar "Sumqayıt"dan icarə əsasında Sənan Muradlını heyətə qatıb.
19 yaşlı sol cinah müdafiəçisi "Sumqayıt" yetirməsidir və bu klubun heyətində 12 oyuna çıxıb, 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.



