“Qəbələ” klubu yeni sponsor ilə müqavilə imzalayıb..
Offsideplus.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
"AFB Bank" "qırmızı-qaralar"a sponsor olub.
Müqaviləyə əsasən, "AFB Bank"ın adı və loqosu “Qəbələ” komandasının rəsmi oyun formalarında yer alacaq. Tərəflər birgə layihələr vasitəsilə həm futbolsevərlərə daha yaxın olmağı, həm də idmanın sosial əhəmiyyətini ön plana çıxarmağı planlaşdırır.
Müqavilənin müddəti 1 ildir.



