"Zirə" Misli Premyer Liqasın sonuncu - 36-cı turunda səfərdə "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra "qartallar" Rəşad Sadıqov matçı dəyərləndirib:
"Araz-Naxçıvan" 2-ci, biz 3-cü ola bilərdik. İki komanda da mövsümü eyni səviyyədə keçirdi. Bəzi oyunlarda bizim nəticələrimiz uğurlu alındı deyə rəqibimizi üstələdik. Maraqlı oyun oldu. İki komanda da istəkli idi".
Gənc mütəxəssis klubun fəxri prezidenti Orxan Məmmədovun oyuna gəlməyinə də münasibət bildirib:
"Orxan müəllim futbolu sevən insandır. Minifutbol millimizin oyunu bitdikdən sonra bura gəldi. Matç bitəndən sonra futbolçulara mövsüm ərzində göstərdikləri performansa görə təşəkkür etdi. Buradan da çıxıb dərhal Rumıniya - Fransa matçına getdi. Çünki bu komandalardan biri 1/8 finalda millimizin rəqibi olacaq".