“Araz-Naxçıvan” klubu Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.
Offsideplus.az PFL-ə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisii Misli Premyer Liqasının XXXI turunda “Turan Tovuz”la ev görüşündə (1:1) yubileyi qeyd edib.
100-cü qolun müəllifi İssuf Paro olub.
“Araz-Naxçıvan” 100 qol vurmaqdan ötrü 109 oyunda cəhd göstərib. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.
Onu da əlavə edək ki, "Araz-Naxçıvan" ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.



