Bu gün Misli Premyer Liqasının XXXI turu çərçivəsində "Qarabağ" və "Neftçi" klubları arasında derbi keçirilib.

Offsideplus.az xəbər verir ki, bu, Azərbaycan çempionatları tarixində sayca 99-cu derbi olub.

Statistikada böyük üstünlüyə malik Ağdam klubu arxada qalan 98 matçın 44-də qalib gəlmiş, 23-də uduzmuş, 31 qarşılaşma isə heç-heçə nəticələnmişdi. Topların fərqi də "Qarabağ"ın lehinə idi:137-84.

Tarixinin heç də xoş günlərini yaşamayan "Neftçi" 2021-ci ilin mayından bəri, yəni artıq 15 oyun Qurban Qurbanovun komandasına qalib gələ bilmirdi. Son 8 matçda isə "ağ-qaralar" bir qayda olaraq, məğlubiyyət acısı dadırdı. Axırıncı 4 görüşdə isə "Neftçi" "Qarabağ"ın qapısına heç qol da vura bilmirdi.

Bu dəfə də "Neftçi" meydançanı qolsuz və xalsız tərk edib.

Misli Premyer Liqası, XXXI tur

“Qarabağ” – “Neftçi” 3:0 

Abdullah Zubir, 22; Yassin Benzia, 40 (pen.); Nəriman Axundzadə, 41

“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai

“Neftçi”: 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darboe, 11. Aleks Fernandes

Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski

Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:00

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov

VAR: Kamal Umudlu

AVAR: Namik Hüseynov

Hakim-inspektor: Ömər Paşayev