Misli Premyer Liqasının 16-cı tur start götürüb.
Offsideplus.az xəbər verir ki, bu gün 2 oyun keçirilib.
"Səbail" "Araz-Naxçıvan"a uduzub: 0:2. "Sabah" isə "Qarabağ"ı qəbul edib və görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
XVI tur, II dövrə
7 dekabr
15:00. “Səbail” – “Araz-Naxçıvan” 0:2
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“ASCO Arena”
18:00. “Sabah” – “Qarabağ” 1:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bank Respublika Arena”
Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.



