“Zəfər Günü”nüzü təbrik edirəm. Azərbaycanda həmişə sülh olsun. İstəyirəm ki, Ukrayna müharibədə da qalib gəlsin, sülhdə yaşasın”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan sonra (1:0) Yuri Vernidub deyib:
“Çox sevinirəm ki, oyunçular nəticə verir. Bu o deməkdir ki, ehtiyat skamyamız yaxşı vəziyyətdədir. Şkribekə demişdim ki, meydana sonradan daxil olacaqsan. Hər oyundan əvvəl heyəti müəyyənləşdiririk. Komandamızda güclü rəqabət var”.
Emil Səfərovun oynaması və narazılığı barədə:
“Bu bizim daxili məsələmizdir. Hər şey yaxşı olacaq. Üzərində daha yaxşı işləməldir. Onun “Neftçi” ilə 3 illik müqaviləsi boş yerə deyil.
Növbəti oyunun da Şamaxıda olması haqqında:
“Hamı orda oynayır, tək “Neftçi” yox. Fəlakətli bir şey yoxdur. Yuxarı pillələrdə olmaq üçün oynamalıyıq. İki süni örtüklü meydança var: Yevlax və Şamaxı”.
Emin Mahmudovun milli karyerasını bitirməsi barədə:
“Emin Azərbaycan səviyyəsində çox yüksək futbolçudur. Uzun müddətdir ki, milli komandada oynayır. “Neftçi” üçün də çox oyunda meydanda olub. Ağır qərardır, amma belə şeylər olur. Klubuna vaxt ayırmağa daha çox vaxtı olacaq (gülür). Yaş öz sözünü deyir. “Neftçi”də daha çox oynamasını istəyirəm. O insan və futbolçu kimi buna layiqdir. Mənə kapitan kimi çox kömək edir. Emin əsl kapitandır. Karyerasını da başa vurmaq istəsə? O, “Neftçi”yə ömrünü verib. Belə qərar versə, menecer, məşqçi kimi də işləyə bilər. Emin adını “Neftçi” tarixinə qızıl hərflərlə yazıb".


