Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz” “Neftçi”yə məğlub oldu - 1:0.
Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Azər Məmmədov media önünə çıxıb:
“Xalqımızı “Zəfər Günü” münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə rəhmət diləyirəm. Əzəli rəqibimizə qarşı oynadıq. Uşaqlar çalışdılar. Məğlub olmaq üçün gəlməmişdik. Xal və ya xallar istəyirdik. Oyunçularıma təşəkkür edirəm. Millimizə uğurlar arzu edirəm. Fasilədə daha çox çalışmalıyıq”.
Müdafiədəki itkilərlə bağlı danışıb:
“Davidin oynamamağı bizim üçün itki idi. Onun mövqeyində Urfana şans verdik. O, layiqincə oynadı. Urfana belə oyunu üçün təşəkkür edirəm”.
İkinci hissədəki əvəzlənmə haqqında:
“Benitonun əvəzlənməsinə gəldikdə 4-2-3-1 taktiki sxemi ilə oynadıq. İkinci hissədə taktiki dəyişiklik etdik”.
“Qarabağ”la ehtiyatda olanı 3 xal kimi görürəm. Çətin olacaq. Doğma azarkeşlər qarşısında oynayacağıq. Bu gün də gəldilər, təşəkkür edirəm. Futbolda məğlubiyyət də var, amma
Namik Ələskərovun milliyə çağırışı barədə:
“Namik çox sevinir, mən ondan da çox sevinirəm. “Kəpəz”də 5 ildən çox idi ki, dəvət yox idi. Namikin əziyyətinin bəhrəsidir. “Zirə”dən bizə gəldi. İddialı komandadan elitada qalmaq uğrunda mübarizə aparan komandaya gəldi. Namikə uğurlar arzu edirəm”.
“Gəncəli futbolçu nə vaxt çağırılacaq?” sualına Məmmədov belə cavab verib.
“Qərb, həmçinin Gəncə akademiyasında köklü dəyişikliklər lazımdır”.


