Misli Premyer Liqasının liderləri bu gün Zirədə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, yerli komanda "Neftçi"ni qəbul edib.
Hər iki tərəf çempionata itkisiz başlayıb. Bu oyunda isə meydan sahibləri minimal hesablı qələbəyə sevinib.
MPL, III tur
30 avqust (bazar)
20:15 “Zirə” 1:0 “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İK stadionu


