"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə 5 aylıq sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, o, Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat olunub və əməliyyat uğurlu keçib.

Bu barədə "Sumqayıt"ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, S.Abdullazadə "Neftçi"yə qarşı Misli Premyer Liqasının I turunun qarşılaşmasının 74-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra meydandan kənarda əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası ayağına düşərək onu ciddi zədələyib.