"Zirə" klubunun futbolçusu Enrike Kustodio əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, ön çarpaz bağından zədə alan müdafiəçi Vətəni Braziliyada əməliyyat masasına əyləşib.

Braziliyalı oyunçunun bərpa prosesi uzun çəkəcək.

Onun yaşıl meydanlara yenidən qayıtması üçün təxminən 6-8 ay vaxt lazım olacaq.