Premyer Liqaya vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi bəlli olub

Offsideplus.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Misli Premyer Liqasına vəsiqə qazanacaq son komandanı müəyyənləşdirəcək pley-off oyununun nominal meydan sahibini seçmək üçün püşkatma keçirilib.

Premyer Liqanı 11-ci pillədə başa vuran "Qəbələ" və I Liqanın ikincisi "Mingəçevir" klublarının nümayəndələrinin iştirak etdiyi püşkün nəticəsinə əsasən, "Qəbələ" nominal ev sahibi statusu qazanıb.

PFL-in qərarına əsasən, həlledici qarşılaşma mayın 28-də "SOCAR Polymer Arena"da keçiriləcək. Saat 18:30-da start götürəcək oyunda VAR sistemi tətbiq olunacaq.