Misli Premyer Liqasının XXXII turu üzrə bu gün “Şamaxı” – “Turan Tovuz” qarşılaşması keçirilib. 

Offsideplus.az xəbər verir ki, görüş saat 17:00-da Şamaxı şəhər stadionunda başlayıb.

Qarşılaşma "Şamaxı"nın qələbəsi ilə başa çatıb - 3:2.

17:00 "Şamaxı" - "Turan Tovuz" 3:2

Qollar: Arsen Ağcabəyov, 10. Dioqo Balau, 28, Abdulla Rzayev, 83 - İbrahima Vadji, 73, Alexandro Serrano, 77.

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Ruslan Quliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Emin Cəfərov

Şamaxı şəhər stadionu