Misli Premyer Liqasında XXXI tura "Neftçi" "Şamaxı" oyunu ilə yekun vurulub.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" 4-cü yer uğrunda mübarizə aparır və bu gün vacib qələbə qazanıb.

Beləliklə, "Zirə" ilə xal fərqi 3-ə yüksəlib.

"Şamaxı"nın isə turnir cədvəlində yeri rahatdır. Bölgə təmsilçisi 35 xalla 8-ci yerdədir.

Misli Premyer Liqası, XXXI tur

10 may (bazar)

19:30 “Neftçi” – “Şamaxı” 3:0 

Qol: Emin Mahmudov, 1', İmad Fərəc, 47', Breno Almeyda, 83'.

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov

VAR: Rəşad Əhmədov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

“Neftçi Arena”