Misli Premyer Liqasının XXX turu başa çatıb.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Karvan-Yevlax" "Neftçi"ni qəbul edib.
"Ağ-qaralar" özünü qonaq kimi aparmayıb və böyükhesablı qələbə qazanıb - 3:0.
"Neftçi" xalını 50 edib və 4-cü pillədəki yerini qoruyub.
"Karvan-Yevlax" isə 14 xalla sonuncu - 12-ci yerdədir.
MPL, XXX tur
5 may (çərşənbə axşamı)
16:00 “Karvan-Yevlax” – “Neftçi” 0:3
Qol: İmad Faraj, 31, Emin Mahmudov, 49 (penalti), Freddi Varqas, 57
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 8. Peter Kings 21. İmani Barker
Baş məşqçi: Füzuli Məmmədov
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis
Baş məşqçi: Yuri Vernidub
Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Yevlax şəhər stadionu


