Misli Premyer Liqasının XXVIII turunda "Qarabağ" evdə "Sabah"a 0:1 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov görüşü şərh edib:

"Sabah"ı təbrik edirəm. Yaxşı oyun göstərdilər. Əlbəttə ki, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bir daha yaxşı futbol atmosferi vardı. Yaxşı mübarizə olundu. Oyuna gəldikdə, daha yaxşı oyun göstərə bilərdik. Qarşıda çox sıx bir qrafikimiz var. Kubok, 2 çempionat oyunumuz var. Əvvəlki oyun nizam-intizamını qaytarmalıyıq. Çatışmazlıqlar vardı. Ümumi məşqlər pis getmirdi. Qarşıdakı oyunlara hazırlaşacağıq".

Q.Qurbanov Elvin Cəfərquliyevi cəzalandırması ilə bağlı bu sözləri deyib: "İstənilən futbolçunun yanındayam, arxasındayam. indiyə qədər elə bir hal olmayıb ki, futbolçunun yaxşılığını, gələcəyini düşünməyim, söhbət etməyim. Bir məşqçi kimi bunu səbəb olaraq atmıram. Futbolçuların müəyyən bir yaş vaxtı olur, bu populyarlıq dönəmində möhkəm xarakterli olmalıdır".