Maykl Kerrik "Barselona"da icarə əsasında çıxış edən Markus Reşfordun mövsümün sonunda "Mançester Yunayted"ə qayıda biləcəyini istisna etməyib.

Offsideplus.az xəbər verir ki, o, 2024-cü ilin dekabrından bəri "qırmızı şeytanlar"ın formasını geyinməyən 28 yaşlı hücumçu, hazırda La Liqa liderinin heyətində uğurlu mövsüm keçirir.

Lakin "Barselona"nın Reşfordun transfer hüquqlarına sahib olmaq üçün nəzərdə tutulan 26.1 milyon funt-sterlinqlik bəndi aktivləşdirib-aktivləşdirməyəcəyi hələ bəlli deyil.

İngiltərə millisinin üzvünün "qırmızı şeytanlar"la iki illik müqaviləsi var. Əgər "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanarsa, futbolçunun maaşı növbəti mövsümdən 25% artacaq.