Kişi voleybolçuların yüksək liqasında çempion məlum olub.

Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi həm final, həm də bürünc medal uğrunda həlledici oyunlara ev sahibliyi edib.

"Neftçi" və "Murov Az Terminal" arasındakı qarşılaşma 3-cü yerin sahibini müəyyənləşdirib.

"Ağ-qaralar" rəqibini set vermədən məğlub edib.

Mövsümün çempionu isə "Xilasedici" olub. Onlar finalda "Ordu"dan üstün olub - 3:1.

13:00 "Neftçi" – "Murov Az Terminal" 3:0 (25:17, 25:17, 25:13).

16:00 "Xilasedici" – "Ordu" 3:1 (24:26, 25:16, 27:25, 25:21).