Misli Premyer Liqasında turun mərkəzi oyunu bu gün baş tutacaq.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" Respublika stadionunda "Sabah"ı qəbul edəcək.

Bu, tərəflərin cari mövsümkü 4--cü dueli olacaq. Son iki qarşılaşma heç-heçə başa çatıb - 3:3, 2:2.

"Sabah" bu görüşdən xalla ayrılacağı təqdirdə çempionluq yolunda çox böyük addım atmış olacaq. 

"Qarabağ" isə az olan ümidlərini dirçəltmək istəyir.


Misli Premyer Liqası, XXVIII tur

18 aprel (şənbə)

19:30 “Qarabağ” – “Sabah” 

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov

VAR: Tural Qurbanov

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Azər Əsgərov

Tofiq Bəhramov adına Respublika Stadionu